Çavuşoğlu: ““Amnesty International”-ın Türkiyə nümayəndəliyinin rəhbəri FETÖ üzvüdür”

OXUNUB: 369 GÜNDƏM DÜNYA

Saxlanılan "Amnesty International”-ın Türkiyə nümayəndəliyinin rəhbəri İdil Eser FETÖ terror təşkilatının üzvüdür.  

 

 Bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Brüsseldə Aİ diplomatiyasının rəhbəri Federika Mogerini və genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xanla birgə mətbuat konfransında bildirib. 

 

""Amnesty International Türkiyədə sərbəst şəkildə fəaliyyət göstərir. Lakin onun rəhbəri FETÖ üzvüdür, FETÖ-nün xaricdəki başçıları ilə əlaqədə olub. Onun "Amnesty International”a üzvlüyünün məsələ ilə nə əlaqəsi var. Biz yalnız bir şeyi – istintaqı sürətləndirə bilərik. Sizə elə gəlir ki biz "Amnesty International”-ın fəaliyyətini məhdudlaşdırmağa çalışırıq. Bu belə deyil!  Amma onun bir neçə nümayəndəsi FETÖ-nün üzvüdür.  Bu cür şüylərə istənilən reaksiyamız hüquq və azadlıqlara müdaxilə kimi qələmə verilir”, - deyə Çavuşoğlu qeyd edib.

 

Nazirin sözlərinə görə, Avropa və ABŞ FETÖ-nü terror təşkilatı kimi qəbul etmir: "Problem bundadır. Biz iki jurnalisti deportasiya etdik, hər ikisinin casus olduğu ifşa edilib. Son zamanlar belə bir dəb düşüb: jurnalistlər casus kimi istifadə edilir, onlar ifşa edildikdə isə elə hay-küy qoparırlar ki, sanki dünyanın axırıdır”.    

 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə məhkəmə "Amnesty International”-ın Türkiyə nümayəndəliyinin rəhbəri İdil Eser və Almaniya vətəndaşı Peter Ştoydtner daxil olmaqla 5 nəfərin həbsinə dair qərar verib. Onlar terrorçuluğu dəstəkləməkdə ittiham olunurlar./apa

 

 

 

İcmal.Az 

RƏYLƏR