Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər nəticəsində uzun müddət Azərbaycanda qanunsuz yaşayan Türkiyə vətəndaşı Hasan Tekbıçak saxlanılıb.
DMX-nin mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, aparılmış araşdırmalar zamanı Hasan Tekbıçakın "İnterpol" tərəfindən axtarışda olduğu və cinayət məsuliyyətindən yayınmaq məqsədilə Azərbaycanda məskunlaşdığı məlum olub.
Hasan Tekbıçak aidiyyəti üzrə daxili işlər orqanlarına təhvil verilib.