Azər Verdiyev: Prezidentlərin Soçi görüşü münaqişənin həlli üçün mühüm addım oldu

OXUNUB: 486 GÜNDƏM SİYASƏT

 

  Prezident İlham Əliyevin Rusiyaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə Soçidəki görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Bunu 7NEWS.az saytına QALİB-in sədri, siyasi ekspert Azər Verdiyev deyib.

 

 "Bilirsiniz ki, bu görüş Rusiya prezidentinin təşəbbüsü ilə həyata keçirilib. Bu həm də ölkələrimiz arasında olan strateji münasibətlərin hansı səviyyədə olmasından xəbər verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən proqnozlar da göstərir ki, regional problemlərin, iqtisadi, siyasi və hərbi məsələlərin həllində Azərbaycan əhəmiyyətli tərəfdaş və söz sahibidir. Bu görüşün əsas məqamlardan biri də Prezident İlham Əliyevin bu görüşdən öncə ABŞ-ın dövlət katibi Reks Tillerson və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsidir. Bu bir daha onu göstərir ki, Azərbaycanın apardığı davamlı, uğurlu siyasət Ermənistanı tamamilə dalana dirəyib. Artıq bütün dünya gücləri Ermənistana yardımdan vaz keçərək həqiqətləri qəbul edirlər"

 

Qeyd edək ki, iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb./7NEWS.az

 

 

 

İcmal.Az

RƏYLƏR