Bakı. 27 aprel. / "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) elektron poçt sisteminin qurulması ilə bağlı proqram təminatının (lot-1) və server avadanlıqlarının (lot-2) satın alınması ilə bağlı açıq tender elan edib.
"Report" xəbər verir ki, bu barədə Tender Komissiyasına istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, iddiaçılar ilkin sənədlər mayın 6-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını ABB-nin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur. Telefon: (012) 4930091, daxili 2700, 2703.
Təkliflərə mayın 14-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,687 mln. manatdır. Bankın səhmlərinin 76,73%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 14,56%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 8,71%-i isə 12 qeyri-dövlət müəssisəsinə və 1 761 fiziki şəxsə məxsusdur.