Bakı. 27 aprel. / Mayın 24-də, saat 11:00-da “Sünbül” ASC-nin səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 247 ünvanında olacaq.
Xatırladaq ki, “Sünbül” ASC 2004-cü ildə yaradılıb, Azərbaycanın çörək istehsalçılarından biridir. Şirkətin nizamnamə kapitalının məbləği açıqlanmır.