Mərkəzi Bank sədrlərinin çıxışları, FOMC-un protokolları və İngiltərədəinflyasiya göstəriciləriÖtən həftə Amerikada proqnozlaşdırıldığı kimi zəifləyən inflyasiya rəqəmləri fonundadollar major valyutalar qarşısında dəyər itirdi. Həftəyə 105.28 bənd səviyyəsindəbaşlayan Dollar indeksi (DXY) həftəlik şamını 104.50 bənd səviyyəsində tamamladı.Cari həftə ərzində isə Avropa, İngiltərə, Yeni Zellandiya, İsveçrə mərkəzi banksədrlərinin, Amerika maliyyə nazirini Cenet Yellenin çıxışları, Avropa MərkəziBankının iclası və Federal Ehtiyyatlar Sisteminin Federal Açıq Bazar Komitəsinin(FOMC) son toplantısının dərc olunacaq protokolları birjalara yön verəcək. Həmçinin,Böyük Britaniyada, eləcə də, Kanadada İstehsal Qiymətləri İndeksi (PPİ) və İstehlakQiymətləri İndeksi (CPİ) göstəriciləri açıqlanacaq.Sədrlərinin çıxışlarıİnvestorlar bu həftə çərşənbə axşamı günü ABŞ maliyyə naziri Cennet Yellenin,İngiltərə Mərkəzi Bankının (BoE) sədri Endryu Beylinin çərşənbə axşamı vəçərşənbə günü Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqardın, cümə axşamıgünü Yeni Zellandiya Mərkəzi Bankının (RBNZ) sədri Adriyan Orrun və nahayətcümə günü İsveçrə Mərkəzi Bankının (SNB) sədri Tomas Cordanın çıxışlarındaqiymət təzyiqlərinin nəhayət azalıb azalmadığına dair hər hansı bir əlamətaxtaracaqlar.Ötən həftə Amerikada inflyasiyanın zəifləməsi FED-in nəhayət senyabr ayında ilkfaiz endirimini reallaşdırıcağına dair ehtimalları 75%-ə qədər artırdıqdan sonra, buhəftə analoji addımların digər mərkəzi banklar tərəfindən nə vaxt atılacağına dairveriləcək mesajlar birjalarda tendensiyaların gedişində həlledici rol oynaya bilər.Cari həftə ərzində Amerikada dərc olunacaq mənzil bazarında satışların həcmi,İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Sənaye Sektorunda Biznes Aktivliyiİndeksi (Səmaye PMİ) və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (Xidmət PMİ)kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq. Bazariştirakçıları həmçinin çərşənbə günü FOMC-un son toplantısının dərc olunacaqprotokollarında Amerikada monetar siyasətin gələcəyinə dair ipucları arayacaqlar.EURÖtən həftə "Big Figure” yaratması ilə yadda qalan EURUSD məzənnəsi həftəlikşamını 1.0867 səviyyəsində tamamladı.
Ana səhifə
/
Özəl / SOSİAL / İQTİSADİYYAT / “InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Bakıda növbəti Gələcəyin Peşələri Sammiti keçirilib
19.11.2026, 11:02 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
City Garden Narimanov-da təməldən satış başladı –YENİ ŞƏRTLƏR
06.11.2026, 17:17 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
BAKI VƏ ABŞERONUN SU SİSTEMİNDƏ BÖYÜK DƏYİŞİKLİK: 2035-Cİ İLƏ QƏDƏR NƏ BAŞ VERƏCƏK? - ADSEA YARADIR
26.09.2026, 14:41 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
Nərimanovda yeni mənzillər satışa çıxdı: Hansı seçimlər var?
23.09.2026, 15:13 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi - Fotolar
09.09.2026, 16:50 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
Yasamalda hazır mənzil almaq istəyənləri hansı seçimlər gözləyir? – ƏTRAFLI
09.09.2026, 16:45 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
Şəmkirçay Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyət mənzərəsi - Foto+Video
07.09.2026, 15:23 / Özəl, SOSİAL, İQTİSADİYYAT
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, HADİSƏ Qızıl Qaya şadlıq sarayında qalmaqal: Gözdən əlillər zəhərləndi, restoran rəhbərliyi onlara hücum etdi - İDDİA
-
GÜNDƏM, Özəl Zəfər Gününə həsr olunan şahmat turnirində qaliblər müəyyənləşdi (FOTOLAR)
-
Özəl, HADİSƏ Salyanda yenə ara qarışdı: "Aqro Park" İŞÇİLƏRİNDƏN PREZİDENTƏ VƏ BAŞ PROKURORA MÜRACİƏT
























