

Layihənin əsas üstünlüklərindən biri yerləşdiyi lokasiyadır. City Garden Narimanov Heydər Əliyev prospektinə və "N.Nərimanov” metro stansiyasına qısa məsafədə yerləşir. Şəhərin mərkəzinə yaxınlıq gündəlik gediş-gəlişi rahatlaşdırmaqla yanaşı, belə ərazilərdə mənzilə olan tələbatı da yüksək saxlayır. Bu isə seçilən mənzilin gələcəkdə dəyər qazanması baxımından diqqətə alınan amillərdəndir.
Mənzillər sakinlərə tam hazır, premium təmirli şəkildə təhvil verilir. Mənzillərdə Almaniya istehsalı "HARO” parketləri, elektrik açarlarında İtaliyanın "GEWISS” brendi, İtaliya istehsalı "Prysmian” yanmayan kabelləri, divarlarda "Zambaiti Parati” divar kağızları, hamam aksesuarlarında Almaniyanın "GROHE” brendi, sanitar qovşaqlar və ümumi sahələrdə isə İtaliyanın "Infinity” keramoqranitlərindən istifadə edilir.

Meqa yaşayış kompleksi daxilində sakinlərin gündəlik ehtiyaclarını qarşılaya biləcəyi geniş infrastruktur da yaradılıb. 17,4 hektar yaşıllıq ərazisi, qaçış, yürüş və velosiped zolaqları, oyun meydançaları, açıq və qapalı hovuzlar, fitness mərkəzi, layihə ərazisində yerləşən "LANDAU" School və gələcəkdə istifadəyə veriləcək mall kompleksin əsas imkanları sırasındadır. 7/24 təhlükəsizlik və kamera-nəzarət sistemi isə sakinlərin özlərini daha rahat və təhlükəsiz hiss etməsinə şərait yaradır.
City Garden Narimanov-da mənzilləri 20 ilədək ipoteka və ya 36 ayadək daxili kredit şərtləri ilə əldə etmək mümkündür. Bundan əlavə, "Evini hissə-hissə al" modeli ilə mənzili faizsiz və aylıq öhdəliksiz şəkildə mərhələli almaq imkanı da var.

Yəni mənzilin bütün sahəsini birdəfəyə almağı gözləmədən, istədiyin kvadratmetrləri mərhələli şəkildə əldə edə bilərsən. Mənzilin dəyəri artdıqca, bu gün etdiyin seçimin gələcək dəyəri də arta bilər.
Nərimanovda yeni mənzil axtarırsansa, seçimlər artdıqca gözləməyə ehtiyac yoxdur. City Garden Narimanov-da satışda olan mənzillərlə tanış olmaq və uyğun seçimi yerində görmək üçün satış ofisinə yaxınlaş və ya *1544 nömrəsinə zəng et.
Ətraflı: *1544
Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi.
kristal.az
























