Rusiyanın Saratov şəhər polisi yerli "Privoz" meyvə-tərəvəz bazarında əməliyyat keçirib.
İcmal.Az lent.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı bazarda qeyri-qanuni çalışan onlarla miqrant saxlanılıb.
Saxlanılanlar arasında 39 yaşlı Azərbaycan vətəndaşı da olub. İlkin araşdırmadan sonra o da məlum olub ki, həmin şəxs mülki cinayət törətdiyinə görə, Azərbaycan tərəfindən axtarışa verilibmiş.
İcmal.Az