Şərqi Azərbaycanın Yeni Səhənd (Təbrizin yaxınlığında yerləşir – red.) şəhərində kütləvi dava baş verib, nəticədə bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
Bunu jurnalistlərə açıqlamasında Üskü şəhər valisi Murtaza Məhəmmədzadə söyləyib.
"Yeni Səhənd şəhərində 6 gənc arasında kütləvi dava baş verib. İki motosikletçi nümayişkaranə hərəkətləri ilə "Prayd” markalı avtomobilin sürücüsü və sərnişinlərini davaya təhrik ediblər və nəticədə tərəflər arasında kütləvi dava baş verib. Hadisə zamanı 3 nəfər ağır yaralanıb.
Polis tərəfindən xəstəxanasına çatdırılan 3 yaralıdan biri oradaca keçinib”, - deyə o bildirib./axar.az
İcmal.Az