Bakı metrosunda İNSİDENT: Gənc oğlan özünü QATARIN ALTINA ATDI - AÇIQLAMA

OXUNUB: 619 HADİSƏ

Bu gün səhər saatlarında Bakı Metrosunun "Koroğlu” stansiyasında intihara cəhd olub.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev İcmal.Az-a açıqlamasında bildirib ki, hadisə saat 09:25 radələrində qeydə alınıb:

"Hadisə "H.Aslanov” metrostansiyasından "İçərişəhər”ə gedən qatar "Koroğlu” metrostansiyasına daxil olan zaman yaşanıb. Qatar stansiyaya daxil olmağa az qalmış bir gənc özünü qatarın altına atıb.

Bununla bağlı dərhal maşinistə məlumat verilib və o, qatarı saxlayıb. Qatar yolundakı gərginlik dayandırılaraq, oğlan oradan çıxarılıb”.

Qurum rəsmisi qeyd edib ki, hazırda qatarların hərəkəti qaydaya düşüb:

"İntihara cəhd edən şəxs polisə təhvil verilib. Faktla bağlı araşdırma aparılır”.

İcmal.Az

RƏYLƏR