Hüseyin Əzizoğluna məxsus "Papaq Lounge Cafe"də yeməklər insan sağlamlığına təhlükəli olan yağlarda bişir - İDDİA

OXUNUB: 213 HADİSƏ
Videobloger Hüseyin Əzizoğluna məxsus olduğu deyilən "Papaq Lounge Cafe" şəbəkələrində özbaşınalıq hökm sürür. 

Bu barədə redaksiyamıza daxil olan məlumat da bildirilir ki, qiymətlərin həddən çox baha olması ilə yanaşı, sözügedən kafedə yeməklər insan orqanizmi üçün təhlükəli olan və mənbəyi bilinməyən yağlarda bişirilir. Elə buna görə də son günlərdə bir neçə müştəri yeməkdən zəhərlənib.

Hüseyin Əzizoğlu şəxsi əlaqələrindən istifadə edərək qeyd edilən zəhərlənmə faktları üzrə araşdırma aparılmasının qarşısını alıb. Zərərçəkmişlər müxtəlif yollarla susdurulub. 

"Papaq Lounge Cafe" şəbəkələrindəki problem təkcə yağlarla bağlı deyil. Burada daha ciddi problemlərin olduğu deyilir.

"Papaq Lounge Cafe" şəbəkələrində olan vəziyyət barədə aidiyyəti dövlət orqanları da məlumatlı olsalar da, lakin bu barədə heç bir araşdırma aparılmır. Səbəbi isə kafe şəbəkələrinə yüksək bir şəxsin oğlunun havadarlıq etməsidir. Maraqlıdır, kimdir həmin kafeyə havadarlıq edən?

Bəzi məlumatlara görə həmin şəxs hüquq mühafizə orqanlarında işləyib. Ancaq hansısa səbəbdən işdən çıxarılıb. Deyilənə görə onun atası da yüksək rütbəli məmur olub.  

"Papaq Lounge Cafe" şəbəkələri barədə geniş araşdırmalarımızı davam etdirəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./Azərbaycan Reallığı

RƏYLƏR