Bakıda kütləvi dava zamanı gənc oğlana 3 bıçaq zərbəsi vurulub.
Hadisə Nizami rayonunda baş verib.
Belə ki, 8-ci kilometr qəsəbəsinin yaxınlığında 4 nəfər arasında əlbəyaxa dava olub. Dava zamanı 17 yaşlı Bağırov Elgün Firudin oğlunun ayaq nahiyəsinə 3 bıçaq xəsarəti yetirilib. O, çoxlu qan itirdiyindən taksi vasitəsilə xəstəxanaya çatdırılıb və yaralıya tibbi yardım göstərilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Fakt araşdırılır./report
İcmal.Az