Bakıda iki qadın ərəb turistlərinin pullarını və şəxsiyyət vəsiqələrini oğurlayıb.
İcmal.Az Report-a istinadən xəbər verir ki, paytaxtda turist kimi səfərdə olan Behreyn vətəndaşları -1998-ci il təvəllüdlü Mujjeb Ahmed Naser Bahrahi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, həmyerlisi 1998-ci il təvəllüdlü Yaser Mohomed Saleh ilə birlikdə Cəfər Cabbarlı küçəsində yerləşən oteldə olan zaman adını bilmədiyi iki qadın tərəfindən onların 300 dinar pullarını və pasportları oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
İcmal.Az