Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumatına görə, Bakı-Ələt magistral yolunda baş verən qəza zamanı "90-OJ-802” dövlət nömrə nişanlı "Kamaz” 149 saylı sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində avtobus yolda bir neçə dəfə dövr edərək aşıb.
Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 15 nəfər isə ağır xəsarət alıb.
İcmal.Az