"Sosial şəbəkərlərdə Əziz Əliyev küçəsindəki restoranların birinin qarşısında yolun hərəkət hissəsində masanın qoyulmasını əks etdirən fotolar nəzarətə götürülüb”.
Bu barədə İcmal.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, BNA-nın ərazidə xidmət aparan əməkdaşlarının müdaxiləsi ilə masa yolun hərəkət hissəsindən götürülüb.
Qeyd: Küçəni "Dolce Vita" restoranı zəbt etmişdi.
Fotoları təqdim edirik