Bakıda avtomobil qaçırılıb.
İcmal.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 5-də Sabunçu rayonunun Y.Əliyev küçəsindən Bakı şəhər sakini Xəyalə Quliyevanın "Volkswagen” markalı avtomobili qaçırılıb.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov avtomobillə birlikdə saxlanılıb.
Araşdırma aparılır.
İcmal.Az