Nəsimi rayonunda əlbəyaxa dava zamanı bir nəfər bıçaqlanıb.
Hadisə metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında baş verib.
1978-ci il təvəllüdlü Abbasov Seynur Arif oğlu tanımadığı şəxslə əlbəyaxa dava edib. Dava nəticəsində ona hələlik adı və soyadı məlum olmayan şəxs tərəfindən iki bıçaq zərbəsi vurulub. Yaralı ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır./report
İcmal.Az