Bakıda “qəzalı” adı ilə tarixi bina sökülür - Foto

OXUNUB: 22 index-manşet HADİSƏ

Bakıda daha bir tarixi arxitektur bina sökülür.

İcmal.Az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərlərdə bildirilir ki, artıq dünəndən Nikola Tesla heykəlinin arxasında yerləşən arxitektur binanın söküntüsünə başlanılıb. 

Binanın ötən əsrin ortalarında inşa olunduğu bildirilir. Söküntü ilə bağlı binanın üstünə ağır texnika çıxarılıb. Sosial şəbəkə istifadəçiləri Nəsimi icra Hakimiyyətinin bu addımını tənqid edib və Bakıdakı daha bir tarixi binanın dağıdılmasına etirazlarını bildiriblər.

Amma Nəsimi İH-i binanın qəzalı olması haqda açıqlama yayıb. İH-dən Qafqazinfo-ya bildirilib ki, bina heç tarixi tikili də deyil: "Sözügedən bina qəzalı vəziyyətdə olan binalar siyahısında olub. Pilot layihə əsasında bina sökülüb və layihəni icra edən şirkət bina sakinlərini köçürərək onları müvəqqəti kirayə mənzillərlə təmin edib. Ərazidə yeni bina tikildikdən sonra sakinlər əvvəlki ünvanlarına qayıdacaq. Binanın bir hissəsi artıq sökülüb".

RƏYLƏR