Bakıda səfirlik avtomobili qəzaya uğrayıb.
Hadisə paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb.
Malayziyanın Azərbaycandakı səfirliyinin katibi Raca Xanizaminin idarə etdiyi "Mercedes” markalı, 066 D 004 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Rövşən Salahovun idarə etdiyi "Mercedes” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır./apa
İcmal.Az