Bakıda küçəyə məişət tullantısı atan avtomobil sürücüsü və sərnişin kameraya düşüb.
Görüntüləri Qorxmaz Mustafayev "Facebook"da yayıb.
O bildirib ki, görüntülər noyabrın 19-da, saat 18:40 radələrində Bakının Yasamal rayonu ərazisində çəkilib. Nərimanov prospekti ilə hərəkət edən "Azsamand” markalı avtomobildən yola 3 dəfə zibil atılıb. Bu hərəkəti cəmi 5 dəqiqə ərzində həmin avtomobilin sürücüsü 1, qadın sərnişin isə 2 dəfə təkrar edib.
Qeyd edək ki, inzibati Xətalar Məcəlləsinə əsasən, bu əməllərinə görə sürücünü 40, sərnişini isə 30 manat cərimə gözləyir./oxu
İcmal.Az