Azərbaycanda həkim sükan arxasında vəfat edib.
Hadisə ötən gecə Bakı şəhərində baş verib.
Belə ki, 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko”) travmatoloqu, Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi və ATU-nun İkinci Müalicə-profilaktika fakültəsinin Həmkarlar İttifaqının sədri, 50 yaşlı Fikrət Vəliyev avtomobilini idarə edərkən qəfil qıcolma keçirib. O, avtomobilində dünyasını dəyişib. F.Vəliyevin ölümünün dəqiq səbəblərinin öyrənilməsi üçün meyiti ekspertlər tərəfindən müayinə olunub./report
İcmal.Az