İcmal.az xəbər verir ki, bununla bağlı deputat Aydın Hüseynov çıqlama verib.
Deputat bildirib ki, insanların kütləvi yığışdığı məkanların bağlanması daha məqsədəuyğundur:
"Harada ki, kütləvi təmizliyə riayət ediləcək, müştərilərin sayı 10 dan az olacaqsa, burada böyük bir risk yoxdur. Ən böyük risk insanların daha çox toplaşdığı yerlərdədir. Digər tərəfdən hər birimiz özümüzü qorumalıyıq. Həmçinin özümüzdən başqa digər insanları da nəzərə almalıyıq. Gözəllik salonları və bərbərxanalarda gigiyena qaydalarına daha çox əməl olunur. Əgər orada say etibarı ilə insan kütləsi az olacaqsa, onların fəaliyyət göstərməsinin böyük bir riski yoxdur" .