Beyləqan rayonunda körpə eyvandan yerə yıxılaraq ağır xəsarət alıb.
Rayonun Dünyamalılar kəndində 2015-ci il təvəllüdlü Zülfüqarov Adəm Elməddin oğlu yaşadığı iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsinin eyvanından yerə yıxılıb.
Körpə ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir./report
İcmal.Az