Beyləqanın icra başçısından Ulu Öndərə hörmətsizlik: Heydər Əliyev parkını hissə-hissə satır

OXUNUB: 3963 GÜNDƏM Seçilmiş Önəmli HADİSƏ

"Beyləqan şəhərində Ulu Öndər Heydər Əliyev adına olan park hissə-hissə satılır. İllərdən bəri əkilmiş nadir ağaclar Beyləqan vətəndaşlarının gözü qarşısında məhv edilir”, - virtualaz.org-un redaksiyasına Beyləqan sakinləri adından daxil olmuş məktubda belə deyilir.

Məktub müəlliflərinin sözlərinə görə, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 21 may 2001-ci il tarixli 18 nömrəli sərəncamına əsasən, sonradan Heydər Əliyevin adı verilmiş "Mədəniyyət və istirahət parkı”nın ərazisi ölçülərək müəyyən edilib ki, onun əhatə etdiyi sahə 4,21 hektardır.

Bildirilir ki, hazırda həmin park cəmi 2 hektar ərazini təşkil edir. Heydər Əliyev parkının ərazisi heç bir tikili olmadığı halda 30 bina sahəsi göstərilərək 3440 kvadrat metr park ərazisi Abdullayev Vahid Cəmil oğlunun adına qeyri-qanuni olaraq qeydiyyatdan keçirilib. Bundan başqa, qeyd edilən parkın ərazisindən Vahid Abdullayevin oğlu Asəf Abdullayevin adına 0,24 ha torpaq sahəsi verilib.

Məktub müəllifləri iddia edirlər ki, parkın ərazisində 20-30 il bundan əvvəl əkilmiş yüzlərlə nadir ağaclar məhv etməklə obyektlər tikilib.

7NEWS.az xəbər verir ki, virtualaz-ın redaksiyasına müraciət etmiş Beyləqan sakinləri yazırlar ki, Heydər Əliyev adına olan parkın ərazisinin mənimsənilməsi ilə əlaqədar şikayətləri dinlənilmir, çoxsaylı məktub və müraciətlərə heç kim cavab vermir. Məhz bu səbəbdən onlar redaksiyamıza üz tutublar.









RƏYLƏR