SUMQAYITDA BİABIRÇILIQ: 9 nömrəli məktəbin direktoru və müavini məktəb invertarlarını belə satdılar - TƏFƏRRÜAT

OXUNUB: 3819 GÜNDƏM Seçilmiş Önəmli HADİSƏ

Prezident İlham Əliyev Sumqayıt şəhərində yeni ümumitəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılsın.

İCMAL.az xəbər verir ki, Sumqayıt şəhərində əsası 1958 ci ildən inşa edilmiş 9 nömrəli tam orta məktəbin sökülərək yenidən tikilməsi adı çəkilən məktəbin hal hazırdakı direktor səlahiyyətlərini icra edən Həqiqət Abdullayeva və təsərrufat işləri üzrə direktor müavini Bəhram ismayılov üçün əməlli başlı "CEK POT”oldu. Beləki 9 nömrəli məktəbin söküntüsü həmin cavabdeh şəxslərin gəlir mənbəyinə cevrildi. Məktəbdə satılması mümkün olan neçə neçə avadanlıqların satılması üçün müştəridə tapmaqda fərasətli tərpəniblər.

Daxil olan məlumata görə məktəbin invertar siyahısında olan stol-stul, skaf, parketler, masalar seçilərək satışa gedə biləcəklər artıq lazım olan ünvana catdırılıb. Bundan xəbər tutan Sumqayıt Təhsil Şöbəsi yoxlamalara başlayıb. Məktəb rəhbərliyi guya həmən inventarları basqa məktəblərə veribmiş kimi vəziyyətdən çıxmaq istəyir.İş qaldi Sumqayıt Təhsil Şöbəsinin hansı formada yoxlama aparmasına. Ya dövlətin əmlakını mənimsəyənlərə göz yumacaq yada ki, lazımi cəzalarını alacaqlar.

Mövzunu diqqətdə saxlayacağıq.

İCMAL.az

RƏYLƏR