Türkiyənin Baş Naziri Binəli Yıldırım iyunun 9-da xəstəxanada müalicə zamanı dünyasını dəyişən energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Baş nazir İstanbulda Dolmabaxçada baş nazirin iqamətgahında iftar süfrəsində çıxışını başsağlığı verməklə başlayıb.
Binəli Yıldırım vəfat etmiş nazirə rəhmət, Azərbaycana isə başsağlığı diləyib.
Qeyd edək ki, iftar süfrəsində Azərbaycanın nümayəndələri də iştirak ediblər. /Trend
İcmal.Az