Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü qeyd edildi.

OXUNUB: 1120 SOSİAL

            BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi "Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.

          Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilmişdir.

     Təşkil edilən ziyarətdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyə sədrləri, bələdiyyələrin "İctimai-humanitar” sektorunun rəhbərləri  və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak etdilər.

         Ziyarət olunan ahılların evlərində  ilk öncə səhər saatlarında bələdiyyələr tərəfindən təmizlik işləri görülmüşdür.

        Daha sonra evləri ziyarət edilən ahıllarla birgə  çay süfrəsi təşkil edilmiş, onlara bayram münasibətilə sovqat təqdim edilmiş və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olunmuşdurlar.

       Çıxış  edən  ahıllarAzərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artığını bildirmiş, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etmişdirlər. 

        Hər bir görüşün sonunda ahıllarla birgə xatirə fotosu  çəkdirilmişdir.

 

 İcmal.Az

             

 

RƏYLƏR