Samir Rzayevdən açıqlama tələb edilir - AZAL RƏHBƏRİ YALAN DANIŞIR?

OXUNUB: 5 SOSİAL İQTİSADİYYAT
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayevin KİV-ə verdiyi müsahibə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 AZAL rəhbəri Heydər Əliyev Beynəlxalq Aeroportunda digər 40 aviaşirkətin müxtəlif istiqamətlər üzrə uçuşlar həyata keçirdiyini deyib:

"Bunların 15-i aşağı büdcəli aviaşirkətlərdir”.

Ancaq sosial şəbəkə istifadəçiləri Samir Rzayevin bu açıqlamasını səmimi hesab etməyiblər.

Onlar AZAL rəhbərinin həmin aviaşirkətlərin adlarını açıqlamamasını tənqid ediblər.

Məsələyə münasibət bildirən bəzi şəxslər Gürcüstanın hava nəqliyyatını Azərbaycana nümunə göstəriblər.

Bildirilib ki, Gürcüstan aeroportlarını dünyanın müxtəlif aviaşirkətlərinə açdığı üçün bu ölkədən bir çox istiqamətə uçuşlar daha ucuz başa gəlir. Onların fikrincə, Azərbaycanda isə bir qədər vəziyyət fərqlidir.

"Bu 15 aşağıbüdcəli aviaşirkəti görən olubmu?” — deyə vətəndaşlardan biri sual edib./Gununsesi.info 

RƏYLƏR