Binəqədi rayonunda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kampaniyası ilə bağlı təlim keçilib

OXUNUB: 1033 QHT

 

Binəqədi rayonunda Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən reallaşan "Gənclərin IKT inkişafı mərkəzi” layihəsi çərçivəsində IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kampaniyası ilə bağlı toplantı keçirilmişdir.

Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, media eksperti, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri, YAP Binəqədi rayon Təşkilatının fəal üzvləri, İcra nümayəndələri, bələdiyyələrin səhifələrini idarə edən adminlər iştirak etmişdirlər.

İlk öncə toplantını açıq elan edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov toplantı haqqında geniş məlumat vermiş və bildirmişdir ki, gənclər sosial şəbəkələrdə düzgün istifadə etməklə ölkəmizin təbliğatını aparmalıdırlar. İslam Oyunları zamanı gənclərimizi fəal olmağa dəvət edən natiq bu gün keçirilən təlimin onlar üçün maarifləndirici olacağını diqqətə çatdırmışdır.

Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonun rəsmi facebook səhifəsi haqqında geniş məlumat vermiş, IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kompaniyası ilə bağlı gənclərimizi aktiv olmağa dəvət etmişdir. Natiq rayonda gənclərin bu sahədə aktiv olması üçün müəyyən edilmiş haştaglar haqqında geniş məlumat vermişdir.

Sonra Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri Azər Ağayev və Səma Tağıyeva "Gəlin Həmrəy olaq " adlı təqdimat etmişdirlər.

Çıxışlardan sonra toplantını media eksperti Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov davam etdirmişdir. Ekspert "Sosial şəbəkələrdə saytlardan düzgün istifadə qaydaları”, "Saytlarla əməkdaşlığın düzgün aparılması üçün vacib olan amillər”, "Sosial şəbəkələrdə təhlükəsizlik qaydaları”, "sosial medianın əhəmiyyəti”, IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kompaniyası mövzuları əsasında geniş məlumat vermişdir: "Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ REALLAŞDIRDIĞI "GƏNCLƏRİN IKT İNKİŞAFI MƏRKƏZİ” layihəsi müasir dövrün tələblərinə adekvat olaraq həyata keçirilir. Ümumiyyətlə bu sahədə belə bir informativ məlumat resursunun yaradılması gənclərin intellektual inkişafına müsbət təsir edir. Biz bu təlimi 2 hissədən ibarət həyata keçirəcəyik. 2ci hissənin tamamında isə fəal iştirakçılara sertifikatlar təqdim edəcəyik.”

Mövzu əsasında gəncləri maraqlandırılan suallar cavablandırılmış və təlim diskussiya şəkilində davam etmişdir.

Təlimin yekun mərhələsində xatirə fotosu çəkdirilmişdir.

7News.az








RƏYLƏR