“BNA qanunsuz cərimə yazıb, telefon zənglərimə “odboy” verirlər…” – OXUCU MƏKTUBU

OXUNUB: 925 Özəl HADİSƏ

Bakı Nəqliyyat Agentliyinin (BNA) haqsızlığı ilə üzləşən Vüqar Şahbazov tərəfindən Sfera.az-ın redaksiyasına şikayət məktubu daxil olub.


Məktubda şikayətinin məğzini aydınlaşdıran Şahbazov avtomobili saxladığı yerdə heç bir dayanma, durma yol - nəqliyyat nişanlarının olmadığını və ona haqsız olaraq BNA əməkdaşları tərəfindən cərimə yazıldığını əsaslandırır. Üstəlik, dəfələrlə məsələ ilə bağlı BNA-ın qaynar xətti ilə bağlantı qurmağa çalışsa da əlaqədər şəxslərin telefon zənglərini cavabsız qoyduğunu, dəstəyi götürmədiyini bildirir:

 

 

"Mən BNA-nın əlaqə nömrələrinə dəfələrlə zəng etsəmdə heç bir nəticə olmamışdır. Yığılan nömrədən səs-səmir belə çıxmır və bir müddət sonra "adboy" gedir. BNA tərəfindən 24.07.2019-cu il tarixində saat 16:42 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində idarə etdiyim avtomobilə 0396199 nömrəli qərar çıxarılmışdır. Bildirmək istəyirəm ki, çıxarılmış qərar qeyri-qanunidir və heç bir əsasa söykənmir. Nəzərinizə çatdırmaq istəyirəm ki, maşını saxladığım ərazidə dayanma və durma qaydalarını bildirən heç birxəbərdarlıqedici yol hərəkəti nişanı yoxdur. Əgər dayanma və durma qaydalarını bildirən yol hərəkəti nişanı olsa idi sözsüz, mən qeyd olunan ərazidə avtomobili saxlamazdım. Həmçinin qeyd olunan ərazidə avtobus dayanacağı yoxdur. İctimai nəqliyyatın hərəkətinə maneçilik törədilməyib”.


Şikayətçi BNA tərəfindən qərarın 24.07.2019-cu il tarixində çıxarıldığını , ancaq məktubun ona 03.09.2019-cu il tarixində çatdırılması ilə vətəndaş kimi qərardan şikayət etmək hüququnun bilərəkdən pozulduğunu bildirir:


"BNA tərəfindən qərar 24.07.2019-cu il tarixində verildiyi halda məktub 03.09.2019-cu il tarixində mənə çatmışdır. Bu səbəbdən mənim bir vətəndaş olaraq qərardan şikayət vermək üçün hüququm pozulmuşdur. (İXM Maddə 126. İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılma qaydası. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər)”.

Sürücü idarə etdiyi avtomobili yol kənarında "Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun” 52-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq saxladığını və heç bir qayda-qanun pozmadığını əsas gətirərək BNA rəsmilərinə ünvanlanan bütün sorğuların cavabsız qaldığını və Dövlət Agentliyini vətəndaşların hüququnu pozmaqda ittiham edərək bunu hüquqi cəhətdən izah edir:

 

 

"Mən idarə etdiyim avtomobili "Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun” 52-ci maddəsinin (dayanma və durma) 1-ci bəndinə (52.1-Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir) uyğun olaraq saxlamışam və heç bir qayda pozuntusu etməmişəm. Buna baxmayaraq BNA tərəfindən heç bir qanuna uyğun olmayaraq avtomobilimə 20 azn cərimə tətbiq olunub. BNA-ya nə vaxtdan hüquq-mühafizə statusu verilib ki, o avtomobillərə cərimə tətbiq etsin? Əhalini bilərəkdən niyə incidir, narazı salır və hüquqlarını pozurlar? Mən BNA-nın əsassız protokolundan hara şikayət edim?Xahiş edirəm Mənə istiqamət verəsiniz.”

 

 

İcmal.Az

RƏYLƏR