Nazirlər Kabineti "Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının madditexniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişikliklər edib.
İcmal.Az xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadəimzalayıb.
Dəyişikliyə görə, məqsədli təqaüdlərin ödənilməsi də büdcədənkənar vəsaitdən istifadə istiqamətlərinə daxil edilib.
İcmal.Az