Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Viorel Gutu FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi təyin edilməsi münasibətilə təbrik edib. Nazir Məcnun Məmmədov kənd təsərrüfatı sahəsində ölkəmizdə aparılan islahatlardan söz açıb, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan olunub. Görüşdə işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensialın olduğu diqqətə çatdırılıb. Bu ərazilərdə aqrar sahə və kənd yerlərinin inkişafının prioritet istiqamətlərdən olduğu qeyd olunub. Bu istiqamətlərdə FAO ilə gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Görüşdə FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazir Məcnun Məmmədov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutu isə öz növbəsində Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verildiyini vurğulayıb. Qonaq aqrar sahədə əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib. FAO rəsmisi COP29 çərçivəsində Azərbaycanda keçiriləcək tədbirlərə dəstək verməyə hazır olduqlarını bəyan edib. Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Ana səhifə
/
Özəl / İQTİSADİYYAT / Nazir Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi ilə görüşüb
Nazir Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi ilə görüşüb
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Avtovağzal metrosunun yaxınlığında yeni 2 otaq st. mənzillər satışa çıxdı!
23.10.2026, 19:12 / Özəl, İQTİSADİYYAT -
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
20.10.2026, 17:17 / Özəl, İQTİSADİYYAT -
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
20.10.2026, 14:59 / Özəl, İQTİSADİYYAT -
İndoneziyada “ASAN xidmət” təcrübəsi əsasında 300-dən çox mərkəz fəaliyyət göstərir
20.10.2026, 14:55 / Özəl, İQTİSADİYYAT -
"Azərişıq" ASC-nin təşkil etdiyi "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının qalibi Hadrutda müəyyənləşib
17.10.2026, 10:33 / Özəl, İQTİSADİYYAT -
Yasamalda hazır mənzillər ipoteka ilə satışda!
16.10.2026, 15:57 / Özəl, İQTİSADİYYAT -
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
16.10.2026, 15:02 / Özəl, İQTİSADİYYAT
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, SOSİAL Uşağın “razıyam” deməsi heç nəyi dəyişmir
-
Özəl, SOSİAL Hicab qadağası ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir: Azərbaycanda dini geyimə məhdudiyyət yoxdur
-
GÜNDƏM, Özəl, İQTİSADİYYAT 54 saylı Yol İstismar İdarəsinin məsuliyyətsizliyi? Ağdərə–Kəlbəcər yolunda vətəndaşlar niyə xəbərsiz saxlanılır?























