Satışa başlayan Swiss Alpin Air startapı bununla dünyanın daha çox çirklənmiş şəhərlərini təmiz hava ilə təmin etməyə ümüd edir.
"Hər il Alp dağlarına ruhlandıran görüntülərdən həzz almaq və tər-təmiz dağ havası ilə nəfəs almaq üçün turistlər gəlir. Bu sadəcə bizdə olan təmiz havanın ixracıdır. Biz artıq İsveçrə suyunu, şokoladını və pendirini satırıq. Niyə də təmiz havanı ixrac etməyək?!", - deyə istehsalın yaradıcıları izah edirlər.
Hava internet saytında 7-litrlik qablaşdırmada satılır. Bu hava 120 dəfə nəfəs almaq üçün kifayət edir./trend
İcmal.Az