Cəbhədə erməni təxribatı: Ordumuzun hərbçisi yaralandı – FOTO

OXUNUB: 1160 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər.

 Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.

Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.

Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür.

 

İcmal.Az

RƏYLƏR