Döyüş sursatı yüklənən düşmənin hərbi yük maşınları partladılıb - FOTO/VİDEO

OXUNUB: 1833 Özəl DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ERMƏNİSTAN AZƏRBAYCAN

İşğal olunmuş ərazimizdə yerləşən Ermənistan silahlı qüvvələrinin raket-artilleriya silahları anbarı bir neçə gün əvvəl tərəfimizdən məhv edildikdən sonra düşmən bölmələrində ciddi sursat qıtlığı yaranıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Buna görə də düşmən sərəncamında olan bütün sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.

 

Oktyabrın 31-də axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı sursatla dolu iki yük maşının daldalandığı yer müəyyən edilib. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilib.

Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.

 

 


RƏYLƏR