Cocuq Mərcanlıda gün ərzində 1500-ə yaxın qəlpə aşkarlanıb (FOTO)

OXUNUB: 624 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 1 455 ədəd qəlpə aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə,77 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 40 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 9 ədəd piyada əleyhinə mina (OZM-72) və 72 ədəd tank əleyhinə mina (21 ədəd TM-57 minası və 51 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib. İndiyədək 1 721 210 kv.m (172.1 ha) sahə təmizlənib.

Ümumi təmizlənmiş ərazi: 2 634 510 kv.m (263.5 ha), o cümlədən 1 721 210 kv.m (172.1 ha) ərazi yerüstü və 20 sm dərinlikdə, 913 300 kv.m (91.4 ha) ərazi yeraltı dərin təmizlənib.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 05 may 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 618 ədəd partlamamış hərbi sursat, 114 ədəd tank əleyhinə mina və 13 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 697 484 kv.m ərazi (582 045 kv.m əl ilə, 800 300 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 202 139 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

İcmal.Az

RƏYLƏR