Bakının Sabunçu rayonunda kütləvi dava zamanı 1 nəfər xəsarət alıb.
1989-cu il təvəllüdlü Bağırov Nadir Babaxan oğlu Bakı Dəmiryolu Vağzalının yaxınlığında tanımadığı 3 şəxsin hücumuna məruz qalıb.
O, döyülərək kəllə-beyin travması alıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinə məlumat verilib./report
İcmal.Az