Təəsüf hissi ilə qeyd etmək lazımdır ki, Serbiya ilə Azərbaycan arasında hərtərəfli yüksəksəviyyəli münasibətlərin olmasına baxmayaraq, Belqrad kiçik gəlilər hesabına öz milli maraqlarını zərbə altına qoyaraq, Ermənistana silah satmaqla Azərbaycanla olan münasibətlərinə ciddi kölgə salmış oldu.
Bunu "Ölkə.Az”a açıqlamasında deputat Ramil Həsən deyib.
Onun sözlərinə görə, Azərbaycan dünya dövlətləri ilə münasibətlərini dostluq, qarşılıqlı maraqlara xidmət edən münasibətlər üzərində qursa da, çox təəssüf ki, bəzi ölkələr bu münasibətlərə əməl etmir. "Bir çox hallarda ən xırda maraqları naminə ciddi, genişmiyqaslı, strateji tərəfdaşlıq səviyyəsində qurulan münasibətlər sistemini zərbə altına qoyulur. Hansı ki, biz bunun Ermənistan ordusunun Tovuz istiqamətində törətdiyi hadisələr zamanı şahidi olduq. Belə ki, Azərbaycanla Serbiya arasında yüksəksəviyyəli münasibətlərin olmasına baxmayaraq, Tovuz istiqamətində həyata keçirilən hərbi əməliyyatlar zamanı Serbiya Gürcüstan üzərindən işğalçı Ermənistana hərbi texnika və silah satıb. Serbiyanın ərazi bütövlüyü ilə bağlı ciddi problemlər olduğundan Azərbaycan Ermənistandan fərqli olaraq hər zaman bu ölkəyə dəstək verib və bütün beynəlxalq platformalarda bu ölkənin ərazi bütövlüyünü dəstəkləyib. Ermənistanda fərqli olaraq Kosovanın müstəqilliyini tanımayıb. İlk ölkələrdəndir ki, Kosovadan öz sülhmərmalı əsgərlərini çıxarıb. Serbiya ilə sıx iqtisadi, sosial və digər sahələrdə əməkdaşlıq edib. Serbiyanın iqtisadiyyatına böyük həcmdə sərmayə qoyub. Paytaxt Belqradın abadlaşdırılmasında iştirak edib və sair”, - deputat bildirib.
Deputat əlavə edib ki, Serbiya belə bir çətin məqamda dost və strateji partnyor hesab etdiyi Azərbaycanın maraqlarını nəzərə almaq əvəzinə işğlaçı bir dövlətə silah satıb: "Bu silah da Azərbaycan qarşı istifadə olunur. Bununla da Serbiya qarşılıqlı maraqlarına ciddi zərbə vurmuş oldu. Serbiya Prezidenti isə öz əməllərinə bəraət qazandırmaq üçün deyir ki, ölkənin hərbi sənaye sahəsində 17 min insan çalışır və silah satışı da onların dolanışığını təmin etmək üçün həyata keçirilib. Bununla da Serbiya ən xırda gəlirə görə öz milli maraqlarına zərbə vuraraq, kölgə altına salıb.
Hesab edirəm ki, Azərbaycanın Xarici işlər nazirliyi Serbiyanın bu hərəkətinə qarşılıqlı olaraq gələcək əməkdaşlıq münasibətlərinə nəzər salaraq, bu amillərə diqqət yetirməklə, zəruri addımları atacaqlar”.
7News.Az