Ermənilər həyacanda: Azərbaycan çox güclü zərbə endirəcək – VİDEO

OXUNUB: 808 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

"Əgər gələn ay Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşdən konkret irəliləyiş əldə olunmasa Azərbaycan ordusunun təmas xəttində güclü zərbə endirməsi gözlənilir".

İcmal.Az Kanal 13-ə istinadən xəbər verir ki, belə xəbərdarlıqla Fransa Strateji Araşdırmalar Mərkəzinin erməni eksperti Kayts Minasyan "168 jam” qəzetinə müsahibəsində çıxış edib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ATƏT xarici işlər nazirləri Şurasının Vyanada keçiriləcək illik toplantısı çərçivəsində baş tutacaq. Rəsmi Bakı bu görüşə artıq razılıq verib. Bundan əvvəl xarici işlər nazirləri Moskvada ayrı-ayrılıqda Minsk Qrupu həmsədrləri ilə görüşüblər. Noyabrın 20-21-də isə Rusiya xarici işlər nazirinin Bakıya və İrəvana səfəri olacaq.

İcmal.Az

RƏYLƏR