İyulun 14-də Monteneqronun Hersoqov şəhərində keçirilən Beynəlxalq xalq rəqsləri və mahnıları Festivalında azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verib.
Bununla bağlı Erməni Araşdırmaları - tədqiqat və tədris mərkəzinin Böyük elmi işçisi İsmayıl Tanrıverdiməlumat verib.
O bildirib ki, Ermənistanı təmsil edən "Kafkaz” rəqs ansamblının şagirdləri Azərbaycan milli rəqsi olan "Köçəri” və "Gözəlim sənsən” xalq mahnısını ifa edərkən, tamaşaçılar arasından çoxsaylı azərbaycanlılar buna etiraz əlaməti olaraq Azərbaycan bayrağını qaldırıb və rus dilində yüksək səslə "Bu, Azərbaycan mahnısıdır, ar olsun sizə!” sözlərini deyiblər.
"Bütün bunlara məhəl qoymayan ermənilər ifalarını başa çatdırıblar. Yerlərdən səs-küy salan bir qrup erməni qadınlar isə öz saxta tarixləri ilə azərbaycanlılara "dərs” verməklə yanaşı, həm də təhqir etməyə başlayıblar. Onlar "Eybəcərlər, axmaqlar! Bizim 300 min illik tariximiz olanda siz haradaydınız?” deyə qışqırıblar.
Bununla da qarşıdurma başlanıb. Erməni rəqs qrupu rəhbərinin arvadı Liana Poqosyanın dediyinə görə, naəlac qalan ermənilərin yardımına polis qrupu gəlib, azərbaycanlıların bir neçəsi saxlanılıb”, - İ.Tanrıverdi deyib.(oxu.az)