Dolmanı, lavaşı və bir sıra yeməkləri "özəlləşdirən” ermənilər dayanmaq fikrində deyillər.
Ermənilərin bu dəfəki hədəfi "Napoleon” tortu olub. Çexiyada fəaliyyət göstərən şirniyyat dükanlarının birində "Napoleon” tortu erməni desserti adı ilə satışa çıxarılıb.
Ermənilər Çexiyada "Marlenka” şirkətinin "Ballı” tortunu istehsal edirlər. Guya resept qədim erməni reseptidir. Çexlər isə bu əfsanəyə inanırlar.
Görünən odur ki, erməni həyasızlığının sərhədi yoxdur. Sosial şəbəkə istifadəçilərinin, xüsusən də Avropada yaşayanların bildirdiyinə görə, ermənilər "qədim erməni qəhvəsi”, "qədim erməni çayı” adı altında da dükanlara öz "məhsullarını” soxuşdurmağa davam edirlər.
Bu dəfə isə ermənilərin hədəfi Avropada və Rusiyada geniş yayılan "Napoleon” tortudur. Biz isə tortun yaranma tarixçəsinə qısa nəzər saldıq.
1812-ci ildə Napoleon Bonapart Rusiyada məğlub olur. Bu vacib tarixin 100 illiyi qeyd ediləndə Rusiyada geniş tədbirlər keçirilir. Hazırlıq isə bir müddət əvvəldən başlayır. Məhz bayram masasına aşpazlar ağızda əriyən pirojna bişirə bilirlər. Bu şirniyyatı isə Napoleon adlandırırlar.
Bəzi versiyalara görə isə tortun resepti XIX əsrin ikinci yarısından məlumdur. Fransa və İtaliyada bu tortu "millefeuille”, yəni min qatlı, ABŞ-da Napoleon, Böyük Britaniyada isə "Vanilla slice” və ya "Cream slice” adlandırırlar. Qeyd edilir ki, tortun adı "Neapol” şəhəri ilə bağlıdır./ölkə
İcmal.Az