"Rusiya, təbii ki, bizim real tərəfdaşımızdır. Amma onu da unutmamalıyıq ki, Rusiya həm də Azərbaycanın müttəfiqidir və bizimlə azərbaycanlılar arasında bərabərlik edərək eyni vaxtda iki masada oturmağa çalışır".
Ermənistanda ilk diversiya-kəşfiyyat dəstəsinin komandiri Vova Vartanov İrəvanda keçirdiyi mətbuat konfransında belə deyib.
V.Vartanovun sözlərinə görə, Rusiyanın Ermənistanda 102-ci hərbi bazasının mövcduluğ da, əslində, Ermənistanrın zəifliyinin, öz təhlükəsizliyini müstəqil olaraq təmin edə bilməməsinin göstəricisidir.
Daha sonra isə V.Vartanov Ermənistanda indi çox böyük qalmaqala səbəb olan və rəsmi İrəvan üçün artıq ciddi başağrısına çevrilən bəyanatla çıxış edib: "Fikrimcə, Azərbaycana qalib gəlmək üçün İŞİD-lə də tərəfdaşlıq, yaxud əməkdaşlıq edə bilərik. Təbii ki, rəsmi qaydada, kağız üzərində müttəfiq olmayacağıq. Amma İŞİD Azərbaycanda əməliyyatlar keçirərək bizə xoş olan, bizi təmin edən nəticələrə nail olardı. İŞİD-lə əlbir olaraq Azərbaycanı zəiflədərdik, sonra da məhv edərdik".
Vartanov bir qədər də "irəli" gedərək Adolf Hitlerin təcrübəsindən yararlanmağı Ermənistan rəhbərliyinə məsləhət bilib.
"Azərbaycanla müqayisədə biz həmişə daha pis silahlanmışıq, daha pis hərbi texnikaya malik olmuşuq. Bu disbalans davam edir. Çünki Azərbaycan daha varlıdır. Mən bu dövləti məhv etməyi, parçalamağı təklif edirəm. İlk növbədə, Ermənistan hakimiyyəti müharibəyə, hücuma hazır olmalıdır. Ordunu hazırlamalıyıq. Hərbi təlimlərimizin 99 faizi Azərbaycan ərazisinə bənzər ərazilərdə keçirilməlidir. Azərbaycan dilini öyrənməli, bu dövlətdə işləməyi öyrənməliyik. Uğurlu misal kimi Çexoslovakiyanı və Avstriyanı asanlıqla işğal etmiş Adolf Hitlerin təcrübəsini xatırlamaq olar. Əsas silahımız motivasiyadır. Qaçmağa yerimiz yoxdur. Qarşımızda vəhşilər var. Ona görə də vuruşmalıyıq, - V.Vartanov deyib.
V.Vartanovun Ermənistanı İŞİD-lə əməkdaşlığa çağırdığı bəyanatının dərc olunduğu erməni saytları nə etdiklərini, deyəsən, anlayıblar: erməni saytlarının istisnasız olaraq hamısında bu "əməkdaşlıq təklifi" ilə bağlı xəbərlər artıq yığışdırılıb.
Fəqət, Vartanovun açıqlaması yenilik deyil. Ermənistanın indiyədək ən müxtəlif terror təşkilatları ilə sıx əməkdaşlıq etdiyi sirr deyil və rəsmi İrəvan bunu gizlətməyə çalışsa da, Dağlıq Qarabağda öldürülmüş terrorçuların cəsədləri danılmaz faktlardır.
Həmin cəsədlər arasında Livan, Suriya, İraq, Fransa və s. ölkələrdən Dağlıq Qarabağa vuruşmağa gəlmiş muzdlulardan tutmuş, çeşidli terror təşkilatlarının mənsublarınadək geniş arealda terrorçuların leşləri var./milli.az
İcmal.Az