Etika Akademiyasının Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 01.06.2019- cu il tarixində Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində keçiriləcək tədbir təşkil edildi.
Tədbir çərçivəsində Cocuq Mərcanlı kəndində yerləşən məktəbin 1-11 sinif şagirdləri üçün etiket və stəkan üzərində rəsm üzrə dərslərin keçirildi , müəllim və valideyn heyyəti üçün uşaqlarla davranış qaydaları haqqında seminar təşkil olundu .Tədbirin təşkilatçısı Etika Akademiyasının direktoru Gunel İbrahimdir. Əlavə olaraq etiket üzrə məşqçilər Dinara Usubova, Fəridə Əkbərova , Aytən Atazadə, Flora Ağayeva , Xanım Kamrandır .
Tədbirin planı : 3 qrup şagird (hər biri 15-30 nəfər) ayrı siniflərdə etiket üzrə masa servisi və stəkan üzrəində rəsm keçirildi. Eyni zamanda məktəbin akt zalinda isə müəllim və valideyn heyyətinə seminar təşkil edildi. Tədbirin sonunda Virtual Realliq texnologiyaları ilə şagirdlərə ulu öndər Heydər Əliyevin iş otağna (VR da Etika Akademiyası tərəfindən yığılmış) səyahət göstərildi. Tədbir 12 .00 - 14.00 müddətində həyata keçdi.
Tədbirin məqsədi Cocuq Mərcanlı kəndinin sosial inkişafı proqramına və təhsildə fərdi inkişafa dəstək olaraq sakinlərinə bayram münasibətilə kiçik tohfə verməkdir.
Qeyd etmək istərdik ki , Etika Akademiyasının Bakı ( Nərimanov r, Həsənoğlu 8) və Şəki filialında( Heydər Əliyev Mərkəzində, 1 ci mətəbə ) milli kadrların formlaşması qlobal standartlara uyğunlaşdrılmasına yönəldilmiş təlimlər verilir. Avroviziya , Avropa oyunlarında, İnternet İdarəçili Forumlarında minlərlə gəncə motivasiya və etiket üzrə təlimlər vermişdir. Bakı Şəhər Təhsil idarəsi ilə birgə əməkdaşlıq nəticəsində onlarla məktəbdə etiket üzrə dərnəklər fəaliyyət göstərir.
Əlaqə :
0125667127
0502308080
İcmal.Az