Bu mövqedən sonra Tərcümə mərkəzinin əməkdaşı, tanınmış yazıçı, publisist-tərcüməçi Etimad Başkeçid Aynur Camala elə sosial media üzərindən cavab verib: 'Aynur Camalqızı özünə və rəhbərlik etdiyi quruma qarşı qərəzdən bəhs edərkən yanlışlığa yol verir. Heç bir ayrı-seçkilikdən söhbət getmir, Tərcümə Mərkəzinin belə bir əxlaqa söykənməsi mümkün deyil. Təbii, hər kəs öz işiylə məşğul olsa yaxşıdır. Tərcümə Mərkəzi də bilavasitə öz işiylə məşğuldur; bunu görmək üçün sadəcə https://www.aztc.gov.az/ saytına girib, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsiylə tanış olmaq kifayətdir."
İcmal.Az