Suraxanı rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə gücləndirilmiş monitorinqlər davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun iştirakı ilə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, yaradılmış mobil qruplar və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən əhalinin sıx olduğu məkanlarda, bütün ictimai-iaşə və ticarət obyektlərində mütəmadi reydlər keçirilir.
Obyekt sahiblərinə Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilir.
Həmçinin, sakinlərlə ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərtilə tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyinə dair geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.
Eyni zamanda pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.
Ana səhifə
/
SOSİAL / Əziz Əzizov Suraxanı rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına şəxsən nəzarət edir - FOTOLAR
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu – FOTOLAR
21.05.2024, 13:55 / Özəl, QHT, SOSİAL -
"ASAN xidmət"in “StartapFest Naxçıvan” tədbirinə start verilib
20.05.2024, 16:51 / Özəl, SOSİAL -
Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib
20.05.2024, 16:49 / Özəl, SOSİAL -
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
20.05.2024, 16:47 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
20.05.2024, 11:54 / Özəl, SOSİAL -
Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Ankara şəhərində mühüm görüşlər keçirib
19.05.2024, 20:17 / Özəl, SOSİAL -
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
19.05.2024, 13:45 / index-manşet, SOSİAL