Formula-1 Azərbaycan Qran-Prisində iştirak edən Red Bull Racing komandasının pilotları Daniel Rikkardo və Maks Verstappen Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi klassik avtomobillərlə Bakıda yürüş ediblər.
Bu barədə İcmal.Az-a Heydər Əliyev Mərkəzindən məlumat verilib.
Pilotlar həm də mərkəzdəki klassik avtomobil sərgisində fanatları, media nümayəndələri ilə görüşüblər.
Onlar klassik avtomobillərlə və fanatları ilə fotosessiya çəkdiriblər.