30 aprel tarixində Bakıda Hyatt Regency otelində Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi

OXUNUB: 196 Özəl SOSİAL
Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Autizm təşkilatlarının nümayəndələri iştirak edirdi. 

Konfransda TDAF-ın prezidenti Elnur Məmmədli hesabatla çıxış etdi və digər ölkələrin nümayəndələri fəaliyyətləri barədə qısa məlumat verdilər. 

Konfransın gündəliyində Rusiya Federasiyasının Tatarıstan Respublikası və Türkmənistan Autizm təşkilatlarının TDAF - a üzv seçilməsi, prespektivdə olan işlər barəsində, hesabatlar, qarşılıqlı fəaliyyət protokolunun imzalanması və seçki məsələsi öz həllini tapdı.

Milli Məclisin deputatı Vüqar İskəndərov yekdilliklə Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti seçildi.

1-2 may tarixlərində təşkilatın beynəlxalq sərgisi və konfransı keçiriləcəkdir.
 
 

RƏYLƏR