Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Gəncə şəhərində partlamamış hərbi sursat (PHS) aşkarlayıb.
ANAMA-dan İcmal.Az-a verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 8-ci küçədə 1 həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd aviabomba (FAB-50) aşkar edilərək, zərərsizləşdirilməsi üçün götürülüb.
Aviabomba zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə aparılıb.
Əməliyyat FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı əsasında keçirilib.
İcmal.Az