Gəncədə baş verən yanğın zamanı bir ailənin üzvləri yanıq xəsarətləri alıb - YENİLƏNİB

OXUNUB: 998 HADİSƏ

 Gəncə şəhərində, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğın zamanı xəsarət alan uşaqların kimliyi məlum olub. 

Hadisə zamanı Alməmmədova Yasəmən (2005-ci il təvəllüdlü), Alməmmədova Şəfiqə (2009-cu il təvəllüdlü), Alməmmədov Təbriz (2010-cu ildə anadan olub), Alməmmədova Aylin (2014-cü il təvəllüdlü), Alməmmədov Tərlan (2007-ci ildə doğulub), Alməmmədov Tunar (2015-ci il təvəllüdlü) xəsarət alıblar.

Yaralılardan Y. Alməmmədovanın vəziyyəti ağır, T. Alməmmədovun vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti isə qənaətbəxş hesab olunur. Övladlarını xilas edən Malik Alməmmədovun vəziyyəti orta-ağır, həyat yoldaşının vəziyyəti isə normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


02:40

Gəncə şəhərində yataqxanada baş verən yanğın hadisəsi zamanı bir ailənin üzvləri yanıq xəsarətləri alıb.

Hadisə Totanlı küçəsində yerləşən və Kəlbəcər rayonundan olan məcburi köçkünlərin yaşadığı yataqxanada baş verib. 

İlkin məlumata görə, yanğın nəticəsində, 1975-ci il təvəllüdlü Alməmmədov Malik Hidayət oğlu və həyat yoldaşı, həmçinin ailənin 6 övladı müxtəlif bədən xəsarətləri alıblar. 

M. Alməmmədov və həyat yoldaşı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, onların övladları isə Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./report

 


İcmal.Az

RƏYLƏR