Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq hadisələri törədən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın bölgə müxbirinə verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 28 yaşlı Kərim Məmmədov mart ayının 22 və 23-də şəhər ərazisində vətəndaşlara məxsus iki fərdi yaşayış evindən ümumilikdə 5590 manat dəyərində müxtəlif məişət əşyalarını oğurlayıb. K. Məmmədov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
İki vəzifəli qardaşın ölkədə yaratdıqı narazlıq - İmran Abbasovun qanunsuz əməllərinə dur deyən tapılacaq?
17.05.2024, 13:43 / HADİSƏ -
Deputat Ülvi Quliyevin qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb
17.05.2024, 13:38 / HADİSƏ -
“Mənə neçə mənzil verə bilərsən?” - DƏLİXANADIR, VALLAH...
14.05.2024, 17:18 / HADİSƏ -
İcra başçısı sakinlər yaşaya-yaşaya binanı sökdürür – VİDEO
14.05.2024, 11:36 / HADİSƏ -
“McDonalds Azərbaycan” işçiləri istismar edir
14.05.2024, 11:33 / HADİSƏ -
Mingəçevirdə insanların istirahət etdiyi parkda avtoxuliqanlıq edən sürücü həbs olunub
13.05.2024, 10:55 / Özəl, HADİSƏ, SOSİAL -
Sahil Babayevin geyiminin qiyməti AÇIQLANDI
10.05.2024, 16:39 / HADİSƏ